Rabitə Sistemləri
Audio və video konfrans sistemləri
Müasir konfrans zalı aşağıdakı bir çox sistemlərin vəhdətidir: ● Konfrans sistemi dedikdə mərkəzi blok, mikrofon pultları və çıxış mikrofonlarından ibarət avadanlıqlar kompleksi başa düşülür. Mərkəzi blok vasitəsilə məsələn, çıxışın reqlamentini təyin etmək və ya zaldakı bütün mikrofonları idarə etmək olar. Konfrans sisteminə həmçinin aiddir: ○ Çıxış edən şəxsin mətninin xarici dilə onlayn-tərcüməsi üçün nəzərdə tutulmuş Sinxron tərcümə sistemi ○ İştirakçılara xüsusi pultlar vasitəsilə irəli sürülən təklifə səs vermək imkanı yaradan, eləcə də səsləri hesablayan və nəticələri monitorda əks etdirən Səsvermə sistemi ● Akustik sistemin məqsədi audioinformasiyanı iştirakçılara keyfiyyətli çatdırmaqdır. Akustik sistem stereosəsi canlandıra bilər və ya zalda həcmli səs effekti yarada bilər- bu nəzərdə tutulan məqsədlərdən asılı olaraq istifadəçilər tərəfindən seçilir. ● Proyektorlar, eləcə də monitorlar, motorlaşdırılmış ekranlar və ya videodivardan ibarət Videopreyeksiya sistemi ● Tədbirin videoyazılışı və təsvirlərin monitora çıxarılması üçün istifadə olunan stasionar və fırlanabilən videokameralardan ibarət Texnoloji televiziya sistemi ● Videokonfransəlaqə sisteminin vasitəsilə məsafədən müşavirə, konfrans, prezentasiya və hətta telekörpü həyata keçirmək olar. ● Audio-video siqnallar mənbələri - kompüterlər, noutbuklar, DVD-oxuducular və s. ● İşıqlandırma sistemi - əsas, lokal və dekorativ işıqlandırma üçün nəzərdə tutulmuş işıqlandırma cihazlarının mürəkkəb kompleksi ● Ventilyasiya, kondisiya və isitmə sistemlərini özündə cəmləşdirən - İqlimə nəzarət sistemi ● Elektromexaniki qurğular - jalüzlər, pərdələr, motorlaşdırılmış ekranlar, qaldırıcı-liftlər