Lokal və Transmissiya şəbəkələri
Optik transport şəbəkələrinin yaradırılması: SDH, DWDM
DWDM şəbəkəsi Qafqaz regionunda ən böyük supermagistral şəbəkə infrastrukturudur və bütün regional mərkəz və beynəlxalq çıxışları əhatə edir. DWDM avadanlığı əsasən şəhərlərarası və ölkələrarası rabitə ötürücü sistemləri kimi istifadə olunur. Yüksək ötürücülük qabiliyyətinə malik və optik kanallarını artırmaq imkanları olan rəqəmsal kanallar üzərindən trafikin ötürülməsini təmin etmək üçün bölgələrarası, regional, və ya şəhər magistral nəqliyyat şəbəkəsinin qurulması və dalğaları multipleksasiya texnologiyası əsasında yüksəksürətli optik nəqliyyat şəbəkəsinin yaradılmasını DWDM şəbəkəsi həyata keçirir.
SDH texnologiyası 2 Mb-dən başlayaraq 10 Gb-ə qədər olan tutumların ötürülməsini təmin edir. Hal-hazırda Delta Telecom dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir və həmin şirkətlərin istehsalı olan SDH avadanlıqlarının təşkil etdiyi SDH şəbəkəsi Azərbaycan Respublikası və Naxçıvan MR-nın böyük bir hissəsini əhatə edir. SDH avadanlıqları xüsusi elektrik və optik portlara malik sinxron rəqəmsal iyerarxiyalı avadanlıqlardır. Bunlar müxtəlif həcmli və xassəli trafikin ötürülməsinə imkan verir. Bu avadanlıqlar Respublikanın həm cənub (Astara), həm şimal (Quba), həm də qərb (Qazax) bölgələrində fəaliyyət göstərir.