Lokal və Transmissiya şəbəkələri
Analoq və rəqəmsal protokolların professional radio əlaqə sistemləri
Şirkətimizin fəaliyyət istiqamətlərindən biri strukturlaşdırılmış kabel şəbəkələrinin montajıdır. Binanın və ya binalar qrupunun kommunikasiya infrastrukturu Strukturlaşdırılmış kabel sistemi (SKS) adlanır. Sadə dillə desək, SKS kompüter və telefon şəbəkələri, təhlükəsizlik sistemləri, televiziya və s. kimi binanın zəif axınlı sistemləri tərəfindən istifadə edilən kabellərin, rozetkaların, kommutasiya panellərinin və kommutasiya naqillərinin məcmusudur.s
Lokal kompüter şəbəkələrinin montajı Lokal kompüter şəbəkəsi (geniş yayılmış abbreviaturaları: LHŞ-lokal Hesablama Şəbəkəsi, LAN-Local Area Network) müasir ofisin zəruri atributudur. Lokal kompüter şəbəkəsi istifadəçilərin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və ofisinin işini optimallaşdırır. LHŞ sayəsində hər bir kompüter aşağıdakıların istifadəsinə çıxış əldə edir: ● Ofisin periferiya avadanlıqlarının (skaner, printer və s.) ● İnternetin ● Şirkətin ümumi informasiya bazasının Bundan əlavə, əməkdaşların öz aralarındakı qarşılıqlı əlaqəsi, məlumatların mübadiləsi, kollektiv tapşırıqların yerinə yetirilməsi asanlaşır.