Rabitə Sistemləri
IP АТS və Rabitə şəbəkələri
Ofis IP-telefoniyası korporativdaxili istifadə üçün nəzərdə tutulmuşdur. IP-telefoniya, IP-protokol əsasında işləyən telefon stasiyasından ibarətdir. Bu sistemin köməyi ilə keyfiyyətli və çox baha başa gəlməyən daxili telefon şəbəkəsini yaratmaq mümkündür. Sistemdə hər şey SİP-telefonlar əsasında işləyir ki, bu da funksionallığı əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir. Şəhər telefon xətləri isə azad qalır. Şəbəkədə eyni vaxtda ola biləcək abunəçilərin sayı onlarla nəfərdən min nəfərə qədər ola bilir. Elə bu səbəbdən də IP-telefoniyanın olması həm kiçik müəssisələr və ya uzaqda olan ofislər üçün, həm də geniş miqyaslı şəbəkələrə malik olan nəhəng korporasiyalar üçün aktualdlr. IP-telefoniyadan istifadəyə görə: Hər bir qurğunun (faksın, telefonun, modemin) ümumi telefon şəbəkəsinə qoşulması zərurəti aradan qalxır. Daxili çağrı zəngləri isə şəhər telefon şəbəkəsinin (ŞTŞ) ayrıca xətləri ilə yox, daxili kanallarla keçirlər; Ərazi cəhətcə uzaq olan ofisləri bir bölüşdürülmüş IP-telefoniya şəbəkəsində birləşdirmək mümkündür; IP-telefoniyada hər bir zəngin marşrutlaşmasını rahat sazlamaq mümükündür ki, bu da sistemin ümumi olaraq fuksionallığını artırır; Biznes səsli çağrı zənglərinin effektiv qəbulu və işlənməsi vasitəsi almış olur. IP-şəbəkəni qoşmuş təşkilatın aldığı əsas üstün cəhətlər: IP-telefoniya, marşrutizasiya və növbələrin idarəedilməsinə imkan verərək, eyni zamanda siqnalın bir xətt üzrə ötürülməsini təmin edən kommutatorlar əsasında işləyir; Şəbəkə qeyri-məhdud miqyaslarda genişlənmək imkanlarına malikdir, bu zaman yeni nömrələrin və ya xətlərin aparat təminatına ehtiyac qalmır; Şəbəkənin monitorinq və sazlamaları internet vasitəsilə yerinə yetirilir ki, bu da onun idarəetməsinin rahatlığını təmin edir; Məlumatlar unifikasiya edildiklərinə görə, səsli bildirişləri elektron poçt qutusuna almaq imkanı əldə edilir; Avtomatik katib yaradılması vardır (proqramlaşdırılan çağrı zəngləri, məsələn, düymə 1 – anbar, düymə - 2 mühasibatlıq və s.); Beynəlxalq çağrı zənglərinə sərf edilən vəsaitlərə qənaət edilməsi; Çox da baha olmayan SIP-telefonlar (aparatlar və ya proqram təminatı); Yüksək dərəcədə mobillik və unifikasiya edilmiş kommunikasiyalarla iş.