Lokal və Transmissiya şəbəkələri
Korporativ informasiya şəbəkələri
Müəssisənin işi və onun bölmələrinin qarşılıqlı funksionallığı, məsafə baxımından bir-birindən uzaqda yerləşən mərkəzlər və holdinqlər arasında tamhəcmli informasiya mübadiləsini təmin edən korporativ telekommunikasiya həllərinin tətbiqini nəzərdə tutur. Korporativ şəbəkənin yaradılması şirkət daxilində məlumatların ötürülməsinin sürətlənməsinə gətirib çıxarır. Bu zaman, həmin işə məsul olan personalın informasiyaya tam əlçatarlığına zəmanət verilir və proqram təminatının işinin etibarlılığı təmin olunur. Korporativ şəbəkə həlli həmçinin, istifadəçilərə geniş imkanlar verməklə, minimal xərclər hesabına şəbəkənin modernləşdirilməsinə imkan yaradır. s
“ATRONET” şirkəti IP protokolunun bazası əsasında məlumat mübadiləsinin korporativ şəbəkələrinin tətbiqi üçün optimal həll təklif edir. Respublikanın bütün ərazisi boyunca şəbəkəyə malik olan “ATRONET”, filiallar malik olan müəssisələr üçün şəbəkə həlləri təchizatçısı rolunda çıxış edir. Metodun üstünlükləri aşağıdakılardır: cari proseslərə tam nəzarət və kənar müdaxilə riskinin olmaması funksionallıqlı yüksək məhsuldarlığa malik multiservis IT-infrastrukturun yaradılması; zərurət çərçivəsində korporativ istifadə üçün VoIP, VPN, video-konferens rabitəsi və sairə bu kimi servislərin çox böyük spektrinin dəstəklənməsi; mövcud IT-infrastruktur bazasında stabil işləyən ən yeni şəbəkə həllərinin seçimi və tətbiqi. Korporativ şəbəkənin monitorinq sistemi tam funksional idarəetmə və biznes əməliyyatlarının avtomatlaşdırılmasının təmin edilməsinə yönəlmişdir. Belə bir həllin tətbiqi hər hansı miqyasa malik şəbəkələr üçün mümkündür.