Təhlükəsizlik sistemləri
Video müşahidə sistemləri
"ATRONET" şirkəti ofis, yaşayış, istehsal anbar təyinatlı otaqlarda və həmçinin onlara bitişik ərazilərdə videomüşahidə və əlçatarlığa nəzarət sistemlərini işləyib hazırlayır və quraşdırır. Şirkətimizin kiçik və böyük biznes, dövlət strikturları və korporativ müştərilər üçün bu sistemləri quraşdırmaq sahəsində topladığı böyük təcrübəsi, ona biznesiniz qarşısında olan fərdi məsələlərin də həlli üçün hər hansı bir mürəkkəblik səviyyəsi olan videomüşahidə və əlçatarlığa nəzarət sistemlərini hazırlayıb həyata keçirməyə imkan verir. Videomüşahidə sistemlərinə IT-həllərin inteqrasiyası vizual nəzarəti avtomatlaşdırmağa və sifətlərin və avtomobillərdə olan dövlət qeydiyyat nişanlarının tanınması altsistemləri vasitəsilə göstərilən təsvirin təhlilini aparmağa imkan verir. Sistem, videokameralardan daxil olan məlumatların saxlanması, təhlili və işlənməsi üçün təhlükəsizliyin təminatında müasir texnologiyaları tətbiq etməyə imkan verən IP-videomüşahidədən istifadə ounmaqla həyata keçirilir. Müştərinin ehtiyaclarından və videomüşahidə layihəsinə ayıra bildiyi büdcədən asılı olaraq onun üçün maksimal təhlükəsizlik səviyyəsi və minimum "kor" zonalar təmin edən optimal texniki vasitələr və sxemlər seçilir. Kameraların qoşulması üçün isə sertifikatlaşdırılmış mis və ya optik-lif kommunifasiyalardan istifadə olunur.s