Təhlükəsizlik sistemləri
Girişə - çıxışa nəzarət sistemləri
Əməkdaşların təhlükəsizliyinin və maddi dəyərlərin qorunmasının təşkili biznesin bütün növlərində həmişə rəhbərliyin ən böyük problemlərindən biri olmuşdur. Yetərliliyə nəzarət sisteminin tətbiqi – müəssisənin ərazisində təhlükəsizliyi artıran təsirli həldir. Bunun üçün müəssisə ərazisinin ayrı-ayrı zonalarına əlçatarlıq məhdudlaşdırılır və yaxud da mühafizə olunan ərazilərə icazəsiz giriş və ya maddi dəyərlərin çıxarılmasına maneə yaratmaq yolu tətbiq edilir. “ATRONET” şirkəti bir qayda olaraq aşağıdakı növ strukturları əlçatarlığın müasir nəzarət sistemləri və idarəedilməsi ilə təmin edir: təhlükəsizliyə münasibətdə yüksək tələblər irəli sürən dövlət idarələri; sənaye-istehsal komplekslərinin, zavodların və digər bütün növ mülkiyyət formalı istehsal sahələrinin əraziləri; anbar kompleksləri və nəqliyyat terminalları; ofis otaqları və yaşayış komplekləri, əməkdaşlarının və ya sakinlərin təhlükəsizliyinin qayğısına qalan şirkətlər. s
Əlçatarlığa nəzarət sistemlərinin tətbiqi üzrə layihələrin hazırlanması və həyata keçirilməsi, icazəsiz girişin qarşısını alan və məkanın daxili sahəsini personal üçün yetərliliyi məhdudlaşdıran texniki vasitələrin quraşdırılmasını nəzərdə tutur. Bu məqsədlə “ATRONET” şirkəti aşağıdakı texniki vasitələrdən istifadə edir: yarımboy və tamboy turniketlər, əlektromexanik və əlektromaqnit qıfıllar, cəftələr, şlaqbaumlar, darvazalar və digər vahid perimetr yaradan və ərazini müxtəlif səviyyəli təhlükəsizlik zonalarına bölən vasitələr; kart, asqı və ya sahibinin rəqəmsal kodunu saxlayan və onun yetərlilik hüquqlarını müəyyən edən nişanlar kimi form-faktorlar şəklində hazırlanmış tanıma qurğuları; identifikatorların (müəyyənedicilərin) və maneə qurğularının qarşılıqlı əlaqəsini və konkret əməkdaşların, qonaqların və digər təyin edilmiş şəxs kateqoriyalarının yetərlilik hüquqları barədə məlumatları yaddaşında saxlayan kontroller; Tam avtomatlaşdırmadan başqa sistem həm də istifadəçilər barədə mükəmməl statistika təqdim edir ki, bundan da personalın iş vaxtının uçotu üçün istifadə etmək olar. Nəzarət sisteminin çevik olması onun videomüşahidə, həyəcan və yanğın siqnalizasiyası modulları da daxil olmaqla digər təhlükəsizliyi təmin edən sistemlərlə inteqrasiyasını həyata keçirməyə imkan verir. “ATRONET” şirkətinin təklif etdiyi bütün həllər sertifikatlaşdırılmış və özlərini yerli istismar şəraitlərində yaxşı göstərmişlər. “ATRONET”in mütəxəssislərinin daimi məlumat və texniki dəstəyi, sürətli diaqnozlaşma və təhlükəsizlikdə olan potensial dəliklərin (boşluqların) aradan qaldırılması yolu ilə sistemin fasiləsiz işinə zəmanət verir.